Rusiyanın Ukraynaya hücumunda gözlənilməz müqavimətlə üzləşməsi və itkiləri prezident Putini yeni addımlar atmağa vadar edib.
Bir neçə gün əvvəl qismən səfərbərlik fərmanı verən Putin xalqının ciddi təpkisi ilə üzləşdiyindən müharibəyə getmək istəməyənləri uzun müddətli həbslə hədələyir.
Gununsesi.info-nun Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Putinin imzaladığı yeni qanuna görə Rusiyada döyüş əməliyyatlarında iştirakdan imtina edənləri, könüllü təslim olanları, fərarilik edənləri hərbi xidmətə gəlməyən hərbi qulluqçuları 10 ilədək həbs cəzası gözləyir.
Gununsesi.info