Putin müxalifət qüvvələri ilə əməkdaşlığa hazır olduğunu bəyan etdi

  • By Mayil
  • 15 İyun 2017 20:07

putin

Rusiya prezidenti Vladimir Putin müxalifət qüvvələri ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Gununsesi.info-nun məlumatına görə, o, bunu televiziya tamaşaçıları ilə “Canlı əlaqə” zamanı deyib.

Bununla yanaşı Putin qeyd edib ki, öz siyasi məqsədləri üçün digərlərin çətinliklərindən yararlanan qüvvələrlə əməkdaşlıq etməyəcək.

“Problemlər ətrafında spekulyasiya aparmaq yox, onların həlli variantlarını təklif etmək lazımdır” – deyə, o, vurğulayıb.

Gununsesi.info