Rusiya Prezidenti Vladimir Putin “Vaqner” silahlı qruplaşması haqqında açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Putin belə bir muzdlu döyüşçü qruplaşmanın hüquqən olmadığını söyləyib.
“Özəl şirkətlərlə bağlı qanunumuz yoxdur. Yəni, qanun yoxdursa, mudzlu əsgəri şirkət olan “Vaqner” də yoxdur.Belə bir hüquqi kimlik yoxdur”, -deyə Prezident deyib.
Putin “Vaqner”in başlatdığı üsyanla bağlı bu durumun üzücü olduğunu bildirib.
“”Vaqner” savaşçıları qürurla döyüşdülər. Onlarla keçirdiyim toplantıda bir yandan onların nələr etməsini, digər tərəfdən də döyüşlərini və gələcək işlərini müzakirə etdik”.
Tərcümə: Arzu