

Rusiya prezidenti Vladimir Putin Qazaxstan prezidenti Nursultan Nazarbayevə Ankara Moskva münasibətlərinin bərpa olunmasında oynadığı vasitəçilik missiyasına görə öz təşəkkürünü bildirib.
Gununsesi.info xəbər verir ki, Putin Nazarbayevlə görüşündə Türkiyə Rusiya münasibətlərində oynadığı rola görə öz dərin minnətdarlığını bildirib. “Rusiya səmimi olaraq tam olaraq Türkiyə ilə əlaqələrin bərpa olunmasına çalışır və Rəcəb Tayyib Ərdoğanın səfəri də bunun üçün münbit şəriuat yaratdığını bir daha sübut etdi”-deyə, Putin Soçidə Nazarbayevlə görüşündə bəyan edib.
Onun sözlərinə görə, əvvəlki illərdə iki ölkə arasında çox unikal bir qarşılıqlı əməkdaşlıq formatı yaranıb.
Nazarbayev də öz növbəsində Ankara ilə Moskva arasında münasibətlərin normallaşmasndan məmnun olduğunu qeyd edib.
Gununsesi.info