Putin Nazarbayevlə xizək sürdü

  • By admin
  • 27 Fevral 2017 10:43
NAZERBAYEV
Qazaxstanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin, prezident  Nursultan Nazarbayevlə  Almata yaxınlığındakı qış turizm mərkəzində birgə xizək sürüblər.
Gununsesi.info “Tengrinews.kz”-ə istinadən xəbər verir ki,  fevralın 26-da Qazaxstana səfər edən Putin  Nazarbayevlə qeyri-rəsmi və işgüzar görüşü  Almatı yaxınlığında qış dağ turizm  mərkəzində reallaşıb.  Qeyri rəsmi formada  görüşdən sonra  prezidentlər  dağ-xizək kurortunda  xizək sürüblər.
 Fevralın 27-də isəhər iki ölkə başçısının rəsmi görüşü  reallaşıb və bu görüşdə  geniş spektr məsələlər müzakirə olunub.
 
Nazarbayevlə Putin görüşdə iki ölkə arasındakı əlaqələrin inkişaf etdilməsindən tutmuş regional, beynəlxalq aləmdəki vəziyyəti müzakirə ediblər.
Putin görüşdə Nazarbayevə  Suriya probleminin həlli ilə bağlı Astanada keçirilən görüşlərə görə öz təşəkkürünü də bildirib.
Onu da qeyd edək ki, Putin Qazaxstandan Qırğızstana və Tacikstan səfər edəcək.
Gununsesi.info