Putin niyə rütbəsini dəyişdirmir? - Peskov cavabladı

  • By admin
  • 19 Fevral 2021 16:13

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov baş leytenant rütbəsinə sahibdir.

Gununsesi.info xəbər verir ki, Kremlin sözçüsü bir jurnalistin sualını cavablandırarkən bunu açıqlayıb.

Peskov Prezident Vladimir Putinin niyə hələ də general deyil, polkovnik rütbəsində qaldığı sualını da cavablandırıb. Onun sözlərinə görə, bu ad, şübhəsiz ki, Prezidentə dəfələrlə layiq görülüb, lakin dövlət başçısı işləri üzərində fokuslanıb: “Putin “karyera məmuru” deyil, bu səbəbdən yalnız dövlətin gündəlik fəaliyyəti ilə əlaqəli digər məsələlərə diqqətini cəmləşdirir”.

Mətbuat katibi dövlət başçısının təqaüdçü və ya ehtiyatda olan polkovnik olub-olmadığını dəqiqləşdirə bilməyib.

Gununsesi.info