Putin ölmüş ola bilər və mümkündür ki, onu dublyor əvəz edir - SENSASİYA

  • By admin
  • 29 May 2022 13:05

İngiltərə qəzetləri Rusiya Prezidenti Vladimir Putinlə bağlı sensasion və inanılmaz məlumat yayıblar.

Gununsesi.info xəbər verir ki, Britaniyanın “Mirror” və “Daily Star” qəzetləri “kəşfiyyat məlumatlarına” istinad edərək, Putinin “öldüyünü”, lakin bu faktın onun yaxın ətrafı tərəfindən gizlədiləcəyini iddia edir.

Nəşrlərin məlumatına görə, Britaniya kəşfiyyatı Ukraynada qanlı müharibəyə səbəb olan və dinc ukraynalıların ölümündə günahkar olan Rusiya liderinin ağır xəstəliyindən yazırlar. Qeyd edirlər ki, xalqı və dünyanı bu ölüm faktına hazırlamaq üçün Putinin qan xərçəngi olması ilə bağlı şayiələr açıq şəkildə yayırlar. Bundan sonra, uyğun zamanda V.Putinin ölümünü elan edəcəklər.

“Putin çox xəstədir və öləndə onun ölümü aylarla olmasa da həftələrlə gizli saxlanılacaq… Onun artıq ölməsi ehtimalı da var. O, özünü pis hiss edir və Kreml bunu gizlədə bilər” – Britaniya kəşfiyyatındakı mənbə bildirib.

Qəzetlərin yazdığına görə, “əgər Putin artıq ölübsə, onun əlaltıları sadəcə olaraq bunu bütün dünyadan gizlətməyə çalışırlar, bununla da hakimiyyətdə daha çox qalmaq istəyirlər”.

Putinin xərçəng xəstəsi olması ilə bağlı şayiələrin əsas qaynağı əvvəllər Kreml və Rusiya siyasətini dəstəkləyən amerikalı rejissor Oliver Stoundur. “Daily Star”-a mənbə bildirib ki, Putinin son çıxışları əvvəlcədən lentə alınmış ola bilər. Bundan əlavə, kütləvi tədbirlərdə, məsələn, Moskvada 9 may paradında onun özü deyil, dublyorlarının iştirak etməsi ehtimalı var. Nəşr yazır ki, Putinin əlaltısı olan yüksək vəzifəli şəxslər çox qorxurlar ki, o ölərsə, Kremldə çevriliş başlayacaq və rus generalları Ukraynada hərbi əməliyyatları dayandırmaq istəyəcəklər.

“Putinin ölümü onları aciz və müdafiəsiz vəziyyətə salacaq, ona görə də onlar Putinin sağ olduğunu söyləməkdə maraqlıdırlar, halbuki əslində bu, əksinə ola bilər”, – mənbə əlavə edib.

Bu yazılar informasiya müharibəsinin elementləridir və böyük ehtimalla, düzgün deyil. Görünür, Kollektiv Qərb bu yolla Rusiya ictimaiyyətində, xüsusi ilə də orduda təbəddülatlar yaratmağı hədəfləyib.