Putin onun müharibəyə qoşulmasına hazırlıq görür

  • By admin
  • 22 Mart 2022 11:45

“Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi əməliyyatlara qoşulmasına hazırlıq görür”.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

“Belarusun Ukraynaya qarşı müharibədə Rusiya tərəfindən döyüşmək ideyasından tamamilə əl çəkdiyini demək hələlik mümkün deyil. Biz belə bir ssenarini gözləyirik”, – o qeyd edib.

Gununsesi.info