
Putin ən yaxın kadrını vəzifədən kənarlaşdırdı.
Rusiya prezidenti Vladimir Putin Prezident Administrasiyasının rəhbəri sergey İvanovu tutduğu vəzifədən azad edib. Onun yerinə Administrasiya rəhbərinin müavini Anton Baynonu Rusiya Federasiyası Prezident Administrasiyasının yeni rəhbəri təyin olunub.
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, Putin digər sərəncamı ilə vəzifədən azad edilən S.İvanovu prezidentin təbiətin mühafizəsi və ekologiya məsələləri üzrə xüsusi nümayəndəsi təyin edib. S.İvanovun Prezident Administrasiyası postundan getməsi rusiyalı politoloq və eksöertlər arasında ciddi rezonansa səbə olub.
İlk olaraq Putin ğzü S. İvanovun vəzifədən getmə səsəblərini açıqlayıb. O deyib ki, S.İvanov vəzifədən getmək arzusunda olduğunu bildirib və onun xahişini nəzərə alaraq başqa vəzifəyə keçirdik.
S.İvanov isə öz növbəsində deyib ki, yeni vəzifəmdə də dinamik, səmərəli fəaliyyət göstərəcəyəm.
Ryusiya mediasının yazdığına görə, yeni Administrasiya rəhəbrini prezidentə elə S. İvanov özü təqdim edib.
Yeni rəhbər Anton Vayno vəzifəyə başlar başlamaz ilk bəyanatını verib. O deyib ki, yeni vəzifəsində ilk işi korrupsiyaya qarşı mübarizə olacaq. O həmçinin hökumtələ də yaxından əməkdaşlıq edəcəyini bildirib. Rusiyalı ekspertlər Putnin komandasındakı dəyişikliyi onun öz komandasının yeniləməsi ilə izah edirlər.
Rusiyalı ekspert Aleksey Zudin deyib ki, bu proses bundan sonra da davam edə bilər. “Bu kadr islahatını növbəti prezident seçkisi öncəsi dəyişikliklərdir. Bununla da Putin öz komandasını cavanlaşdırır. Vəzifəyə gətirilənlər əsasən gənc nəslin təmsilçiləridir və bunlar yeni nəsil siyasi elitanın təmsilçiləridir”.
Ekspert onu da əlavə edib ki, bu kadr dəyişikliklərini komanda daxilindəki fikirayrılığı kimi dəyərləndirmək düz deyil.
İqtisadçı ekspert Nikolay Mironov bu kadr dəyişiklilərini Rusiyada keçiriləcək prezident seçkilərinə yönəlik islahat kimi dəyərləndirib.
Gununsesi.info