Putin və Paşinyan görüşündən sonra Ermənistanda separatçı rejimə rəhbərlik etmiş şəxslər aktivləşməyə başlayıb.
Belə ki, Qarabağ məsələsinin bitmədiyi, hətta Bakıda həbsdə olan separatçı liderlərin azadlığının gündəmə gətiriləcəyi vurğulanır.
Bəs görəsən, məsələ necədir?
Bu, Paşinyana təzyiqdir, yoxsa başqa proseslər var?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb.
O bildirib ki, Ermənistan və Rusiya münasibətləri hazırda elə də yaxşı deyil:
“Həmin görüşdə Rusiya prezidentinin məsələlərə aidiyyəti olmayan xatırlatmalar etdi. Əlbəttə, bunlar Paşinyana təzyiq xarakteri daşıyır. Eyni zamanda revanşistlərə yeni bir nəfəs vermək məqsədi güdürdü. Seçki ərəfəsində Ermənistanda təbii ki, müəyyən gərginliklərin şahidi olacağıq. Bu görüşün də elə əsas məqsədinin seçki öncəsi Ermənistanda gərginlik yaratmağa hesablanmış açıqlamalar idi”, – deyə o bildirib.
Orxan












