Putin Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla Qarabağdakı vəziyyəti müzakirə edib.
Kreml Sarayından verilən açıqlamaya görə, Putin və Paşinyan arasında telefon danışığı olub.

Gununsesi.info trthaber.com -a istinadən xəbər verir ki, İclasda Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 2020 və 2022-ci illərdə imzalanmış sazişlərin icrası, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib. Azərbaycan və Ermənistan arasında sülh sazişi müzakirə edilib.

Eyni zamanda Qarabağdakı vəziyyətin də müzakirə olunduğu görüşdə Putin vurğulayıb ki, “bütün ortaya çıxan problemlər konstruktiv şəkildə, Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı fəaliyyətlə həll edilməlidir”.

Şəbnəm

Gununsesi.info