Putin Pekində Ukraynanın təqdimatı zamanı “yuxuladı” - VİDEO

  • By admin
  • 05 Fevral 2022 18:09

Pekində keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edənlər arasında Rusiya prezidenti Vladimir Putin də olub. 

Gununsesi.info xəbər verir ki, o, Ukrayna komandasının mərasimdə təqdimatı zamanı yuxulayıb. Şərhçi Rusiya liderinin soyadını səsləndirən zaman isə Putin qəfildən diksinərək gözlərini açıb.Bəzi KİV-in məlumatına görə, Putin bunu Ukrayna komandasının meydana çıxması zamanı bilərəkdən edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Pekin Olimpiadasının açılış mərasimində dövlət başçısının yuxuya getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Peskov deyib:“Sosial şəbəkələrdə müzakirə olunan hər şey şərh olunsa, ağlınızı itirə bilərsiniz. Biz bunu rəva görə bilmərik”.

 

 

Gununsesi.info