Putin prezident seçkilərinə qatılacaq- O, ÖZÜ ÖZ NAMİZƏDLİYİNİ İRƏLİ SÜRƏCƏK

Putin prezident seçkilərinə qatılacaq

Putin növbəti prezident seçkilərində özü öz namizədliyini irəli sürəcək.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi ənənəvi mətbuat konfransında bəyan edib.

Putin onun mövqeyini dəstəkləyən və bölüşən siyasi qüvvələrə arxalanaraq belə bir qərar verdiyini bildirib: “Bu qüvvələrin dəstəyinə arxalanaraq namizədliyimi irəli sürəcəm”.

Rusiya prezidenti nazmidələyini irəli sürəcəyini bəyan etsə də, hələlik onun seçki qərargahına kimin rəhbərlik edəcəyi barədə qərar olmadığını dilə gətirib.

Seçkiöncəsi proqramından danışan Putin deyib ki, praktiki olaraq seçkiöncəsi proqramı mövcuddur: “Mən indidən öz seçkiöncəsi proqramımdan danışmaq istəməzdim. Bu proqram digər nazmizədlərdə də olmalıdır. Mənim proqramım praktiki olaraq var. Bir daha təkrar edirəm ki, bura onu təqdim etmək üçün uyğun yer deyil”.

Bununla belə Putin əlavə edib ki, bu proqram infrastrukturun, səhiyyənin, təhsilin və rusiyalıların gəlirlərinin artması ilə bağlıdır.

Rusiyada prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.

Gununsesi.info

COMMENTS