Rusiya Prezidenti Vladimir Putin Vaqner qruplaşmasının başlatdığı üsyanla bağlı danışıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Putin “daxili üsyan Rusiya dövlətinə qarşı bir çevrilişdir”, – deyə bildirib.
Daha sonra Prezident Putin bunları söyləyib:
“Üsyanın cəzası ağır oalcaq. Bu, tam bir xainlikdir. Dövlətimizi hər cür qroumağa hazırıq. Üsyana qatılan hər kəs cəzasını alacaq”.
Rus lider çıxışında Vaqner əsgərlərinə səslənərək “Xətadan vaz keçin, bu cinayəti işləməyin”, deyib.
Sonda Putin “Bu mübarizəni qazanacağıq, daha güclü olacağıq”, – deyə vurğulayıb.
Tərcümə: Arzu