Putin Qərbə meydan oxudu: Rusiyanı yenmək imkansızdır

  • By admin
  • 21 Fevral 2023 15:45

Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə dünyaya meydan oxuyub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ölkəsinin Federal Məclis Parlamentində çıxış edən Prezident Putin millətə səsləniş nitqində bildirib ki, yeniyetmələrin istədikləri kimi yaşmaq haqları var. Kimsə özəl həyata müdaxilə etmir.

“Qərbdə isə uşaq istismarı, rahiblərin eynicinsli evlilikləri təsdiqlənir. Fəqət dünya dinlərinin müqəddəs kitablarına baxarsınızsa, orada hər şey yazılır: Ailənin nə olduğu, kişi və qadının bərabərliyindən yarandığı bildirilir”, – deyə Putin vurğulayıb.

Putin açıqlayıb ki, Ukraynada neo-nasistlər kimin varisi olduqlarını gizlətmirlər. Ləvazimatlarının üzərində qammalı xaşlar və Nasist adları yerləşdirirlər.

Putin Ukraynanı Qərbli baronların oyunçağı olmaqda suçlayıb. O deyib:

“Ukraynanın sənayesini yerlə bir etdilər. Bu şərtlərdə hərbi əməliyyatlara qoşulması asanlaşdı. İnsanları xərclənəcək fərdi bilgi datasına döndərdilər. Bunun məsuliyyəti Qərbdəki seçilmişlərə və Kiyev rejiminə aiddir”.

Rusiya Prezidenti vurğulayıb ki, Rusiyanı savaş meydanında udmaq mümkünsüzdür.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info