
Respublikaçı-senator Con Makkeyn Rusiya prezidenti Vladimir Putini qatil və başkəsən adlandırıb.
Gununsesi.info xəbər verir ki, Makkeyn bu fikri “Fox News”un efirində səsləndirib.
Amerkalı senator Rusiya xarici işlər naziri Sergey Lavrovdan da danışıb və onu Putinin təbliğatçısı adlandırıb: “Lavrov qatil Putinin təbliğatçısından başqa heç kim deyil”.
Qeyd edək ki, Con Makkeyn respublikaçılar arasında Rusiya hökumətinin və prezident Putinin ən qatı tənqidçilərindəndir.
Gununsesi.info