Putin Qazaxıstan prezidentinin adını səhv saldı - VİDEO

  • By admin
  • 10 Yanvar 2022 20:25

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin adını səhv salıb.

Gununsesi.info xəbər verir ki, KTMT-nin növbədənkənar sessiyası zamanı Putin onu “Kemel Jomartoviç” adlandırıb.

HTML tutorial

“Hamı bilir ki, Qazaxıstan prezidenti Kemel Jomartoviç Tokayev yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinə müraciət edib”, – deyə Putin bəyan edib.

Tokayevin Putini səhvini şərh etməyib. Sessiya zamanı o, KTMT-nin sülhməramlı kontingentini respublikaya göndərdiyinə görə Putinə təşəkkür edib.

Bundan əvvəl, dekabrda keçirilən illik mətbuat konfransında Putin Tokayevi nəzərdə tutaraq onu sadəcə olaraq “yeni prezident” adlandırıb, lakin adını açıqlamayıb.

Gununsesi.info