
Rusiya Prezidenti Vladimir Putin müsəlmanların müqəddəs kitabı olan “Quran”a qarşı bir çox ölkələrdə edilən hörmətsizliklərlə bağlı danışıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Prezidenti Dağıstan Respublikasına səfəri zamanı açıqlamasında bu cür addımın ölkəsində bir cinayət sayıldığını söyləyib.
“Bizim ölkədə “Quran”a hörmətsizlik qanunla cinayətdir”, -deyə Putin bildirib.
Dağıstanın Dərbənd şəhərində yolçuluq edən Putin burada müsəlman dini təmsilçiləri ilə görüşüb. Onların Qurban Bayramını təbrik edən Putin “Quran” kitabının müqəddəs olduğunu vurğulayıb.
Rusiya Prezidentinə “Quran” hədiyyə edilib.

Tərcümə: Arzu