Putin rus qadınlarını əmin etdi: bu şəxslər müharibəyə aparılmayacaq

  • By admin
  • 08 Mart 2022 10:54

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynadakı müharibədə nə çağırışçılar, nə də ehtiyatda olanlar iştirak edir və iştirak etməyəcəklər də.

Gununsesi.info xəbər verir ki, 8 Mart münasibətilə Kremlin saytında dərc olunan qadınlara ünvanlanmış videomüraciətdə Putin deyib:

“Vurğulamaq istərdim ki, çağırışçılar döyüş əməliyyatlarında iştirak etmir və iştirak etməyəcəklər, eyni zamanda ehtiyatdan ehtiyatda olan hərbçilərin əlavə çağırışı olmayacaq. Yalnız peşəkar hərbi qulluqçular qarşıya qoyulan vəzifələri həll edə bilər”.
Prezident “Rusiyanı müdafiə etmək üçün Ukraynadakı döyüşlərdə olan” rus əsgər və zabitlərinin analarına, arvadlarına, bacılarına müraciət edib.

“Yaxınlarınız, əzizləriniz üçün necə narahat olduğunuzu başa düşürəm. Siz də onlarla fəxr edə bilərsiniz, necə ki, bütün ölkə onlarla fəxr edir, sizinlə birlikdə narahat olur”.

Gununsesi.info