
Ötən ildən Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə bir neçə rəsmi səfərini təxirə salıb.
Gununsesi.info xəbər verir ki, rəsmilər bununla bağlı bir çox səbəblər irəli sürürdülər.
Bəziləri Putinin Ukrayna müharibəsi başlayandan bəri keçmiş Sovet İttifaqının tərkibində olmayan hər hansı bir ölkəyə səfər etməkdən yayındığını, digərləri isə bunu 2024-cü ilin əvvəlində Rusiyada keçirilən seçkilərlə əlaqələndirirdilər.
Rusiya siyasətini təhlil edən mənbələr isə “Middle East Eye”a bildiriblər ki, daimi ləngimənin əsas səbəbi Putinin Ankaraya səfərlə bağlı şərtləridir.
Ehtimal edilir ki, Ukraynanın uçuş marşrutu üzərindəki təyyarələri vura bilməsindən narahat olan Putinin Rusiya qırıcı təyyarələrinin müşayiəti ilə Türkiyəyə uçmaq istədiyini bildirir.
Moskvanın Rusiya qırıcıları ilə uçmaq, həmçinin onları Türkiyə ərazisinə endirmək tələbi mürəkkəb məsələdir, çünki ölkədəki NATO hava hücumundan müdafiə sistemləri belə təyyarələri düşmən hədəfi kimi qəbul edə bilər.
Danışıqlarla tanış olan şəxslərdən biri bildirib ki, Türkiyə Rusiyanın tələbini yerinə yetirmək üçün NATO sistemlərini bağlamaq ehtimalını yaxın buraxmır.
Səfərlə bağlı son müzakirələrdə Rusiya və Türkiyə rəsmiləri Putinin oktyabrın ilk həftəsində Ankaraya gəlişini müzakirə ediblər.
“Bununla belə, xüsusi döyüş təyyarəsi tələbi səfərin planlaşdırılmasını və təşkilini çox çətinləşdirir”, – deyə mənbələr bildiriblər.
Putin sonuncu dəfə 2014-cü ildə Ankaraya səfər edib.
Gununsesi.info