Putin Rusiyanı iqtisadi fəlakətə sürükləyir - QUBAD İBADOĞLU RUSİYA LİDERİNİN ÇIXIŞINI ŞƏRH EDİR

  • By admin
  • 22 Fevral 2023 13:35
Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti zamanı səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzindədir.
Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasının lideri Qubad İbadoğlu Gununsesi.info-ya açıqlamasında Pitinin çıxışını şərh edib:“İzlədim, anladım ki, ölkəni siyasi və hərbi labirintə salan Putin Rusiyanı iqtisadi fəlakətə də sürükləyir. Federal büdcənin kəsirinin sürətlə artdığı indiki dövrdə sosial, təhsil və ekologiyaya xərclərin artırılmasını təklif edir, minimum əmək haqqının qaldırılmasından, uşaq pulunun artırılmasından, təmiz hava ilə nəfəs almaqdan danışır. Guya ki gənclərin və uşaqların qayğısına qalır. Halbuki, başladığı müharibə gəncləri və uşaqları öldürür, eləcə də müharibədə istifadə etdiyi raketlər hazırda atmosferin çirklənməsinin əsas mənbəyidir”.
Qubad İbadoğlu deyir ki, enerji gəlirlərinin azalması, sanksiyalar və artan müharibə xərcləri Rusiyanın federal büdcəsinin yanvarda 1,76 trilyon rubl (24,78 milyard dollar) kəsirini yaradıb: “Məsələ burasındadır, kəsirin örtülməsi mənbəyi də yoxdur, çünki, bu məqsədlə Rusiyaya kredit də verilmir. Diqqət edin, yanvar ayı ərzində büdcə gəlirləri 35,1% azalıb, xərclər isə 58,7% artaraq 3,12 trilyon rubl təşkil edib ki, bu da artıq tam illik xərclər planının 10%-dən çoxdur. Hazırda rəsmi məzənnə ilə 1 dollar 75 rubl olub”.
Müharibəyə gəlincə, Qubad İbadoğlu hesab edir ki,  Putin onu Rusiya və NATO, ABŞ qarşıdurması kimi təqdim edir, yenə də nüvə silahını yada salır, qarşı tərəfin nüvə müharibəsinə hazırlaşdığını bəyan edir: “Rusiyanı cavab tədbirləri kimi nüvə silahını hazır vəzyiyətə gətirəcəyini bəyan edir və bildidrir ki, “mən bu gün elan etməyə məcburam ki, Rusiya Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırır”. Bu o deməkdir ki, Putin “nüvə silahlarına nəzarət müqaviləsi”ndən imtina etdi. Bir sözlə, sərsəmləyir və sonuncu akordlarını vurur və vabank gedir”. 
Afət Abbasova
Gununsesi.info