Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Helsink Müşahidə Qrupunun sədri Lyüdmila Alekseyevanı 90 yaşının tamam olması münasibətilə şəxsən təbrik edib.
Gununsesi.info xəbər verir ki, insan hüquqlarının müdafiəçisinun qədim Arbattakı evinə gedən Putin ona bir buket çiçək və Alekseyavanın doğulduğu Krıma bağlı Yevpatoriya şəhərinin maketini hədiyyə edib.
Putin Alekseyevaya insanlar üçün gördüyü işlərə görə təşəkkür edib.
O, Putinin evinə gəlişinin onun üçün sürpriz olduğunu bildirərək təşəkkür edib.
Gununsesi.info