“Putin saatlarla tarixdən danışdı…” - PUTİN

  • By admin
  • 12 Fevral 2022 16:40

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin üç il ərzində daha da sərtləşdiyini deyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb: “Putin saatlarla danışdı, 1997-ci ildən bu yana olan tarixi yenidən yazdı. O, həmsöhbətini bu uzun monoloqlarda boğurdu. Makron isə aktual problemlərə qayıtmaqda davam edirdi”.

“Reuters”in mənbələrindən biri əlavə edib ki, Putin və Makron arasında 5 saatlıq danışıqlarda Putinin üç il əvvəlki Putindən nə qədər fərqli olduğunu dərk ediblər. Putin Makrona Qərbin 1997-ci ildən – keçmiş sovet bloku ölkələrinin NATO-ya daxil olmasından sonra Rusiya qarşısında götürdüyü öhdəlikləri pozduğuna inandığını bildirib. Putin bu razılaşmanı alyansın genişlənməmək barədə əvvəlki vədlərinə xəyanət adlandırıb.

Lakin NATO üzvləri xatırladırlar ki, onlar heç vaxt belə vədlər verməyiblər. Bununla yanaşı, Putin Ukraynada 2014-cü il Ləyaqət İnqilabını çevriliş adlandırıb və prezident Vladimir Zelenskinin ABŞ tərəfindən idarə olunduğunu iddia edib.

Mənbənin sözlərinə görə, Rusiya prezidenti ilə danışıqlardan sonra Makron komandasına bildirib ki, 2019-cu ildə Putini Fransada qəbul edəndə Rusiya lideri belə sərt deyilmiş və tarixə daha az diqqət ayırıbmış.

Kremlin sözçüsü jurnalistlərin Putinin əhval-ruhiyyəsinin Fransanın necə qiymətləndirilməsi ilə bağlı suallarını cavablandırmayıb. “Reuters” qeyd edir ki, məlum görüş Qərb lideri üçün Putinin yanında uzun müddət qalmaq və onun əhval-ruhiyyəsini şəxsən qiymətləndirmək
üçün nadir fürsət olub.

Danışıqlar zamanı Fransa prezidenti Putinlə tək, köməkçiləri olmadan və yalnız bir tərcüməçi ilə olub.
Putin isə fransalı həmkarı ilə görüşdən sonra bunları demişdi: “Bilirsiniz, 30 ildir ki, biz onlarla müəyyən hərəkətlərdən imtina etmək barədə danışmağa çalışırıq. Lakin narahatlıqlarımıza məhəl qoymadıqlarını görürük”.

Makron və Putin arasında danışıqlar fevralın 7-də baş tutub və 5 saatdan çox davam edib.

Prezidentlərin əyləşdiyi uzun masa müzakirə və zarafat mövzusuna çevrilib.

 

Gununsesi.info