Putin Şavkat Mirziyoyev ilə Qazaxıstanda baş verənləri müzakirə edib

  • By admin
  • 13 Yanvar 2022 15:42

Rusiya Prezidenti Vladimir Putinlə onun özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Gununsesi.info-nun Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Qazaxıstanda baş verən son hadisələr müzakirə olunub.

HTML tutorial

 

Bildirilib ki, Qazaxıstan rəhbərliyinin, şəxsən prezident Kasım-Jomart Tokayevin qətiyyətli və ardıcıl addımları, habelə KTMT vasitəsilə vaxtında və səmərəli yardım göstərilməsi sayəsində ölkədə vəziyyəti tez bir zamanda sabitləşdirmək mümkün olub.

Bundan başqa, ikitərəfli gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi zamanı Şavkat Mirziyoyevin 2021-ci ilin noyabrında Rusiyaya səfəri zamanı əldə olunmuş razılaşmaların strateji tərəfdaşlıq və müttəfiqliyin daha da möhkəmləndirilməsi naminə ardıcıl surətdə həyata keçiriləcəyi təsdiqlənib.

 

 

Gununsesi.info