Putin seçkilərlə bağlı xalqa müraciət etdi

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putinin bu dəfəki müraciəti martın 15-dən 17-dək ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı olub.

Rusiya Prezidenti ölkə vətəndaşlarından seçkilərə gəlməyi, səsvermədə iştirak etməyi xahiş edib.