Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü

  • By Günel
  • 04 Noyabr 2024 21:24

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya xarici işlər naziri Çoy Sonq Hi ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.

Peskov görüşün təfərrüatını açıqlamayıb.

Qeyd edək ki, Çoy Sonq Hi ötən həftədən Rusiyada səfərdədir. Noyabrın 1-də o, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Gununsesi.info