Putin Şimali Koreyaya səfər edəcək

  • By ilhame
  • 15 Yanvar 2024 22:48

“Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri baş tuta bilər”.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

 

“Səfərin vaxtı diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacaq”, – o deyib.

 

Xatırladaq ki, ötən ilin sentyabrında Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edib.

 

Görüşdə tərəflər arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, regiondakı vəziyyət, beynəlxalq məsələlər müzakirə olunub. Kim Çen In öz növbəsində Vladimir Putini Şimali Koreyaya səfərə dəvət edib.

 

Gununsesi.info