Xəbər verdiyimiz kimi, bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.
Gununsesi.info-nun “TASS”a istinadən məlumatına görə, Putin Paşinyanla ikitərəfli görüşü açıq elan edərkən zarafatyana Soçidə müşahidə edilən yağışlı havaya görə üzr istəyib.
“Bu gün Soçidə görüşürük. Görüş yerini də siz və Azərbaycan Prezidenti İlham Əliyev seçmisiniz. Payız havasına görə üzr istəyirəm, ancaq heç nə edə bilmərik, payız payızdır”, – deyə Putin bildirib.
Rusiya lideri, həmçinin Soçidə bir neçə dəfə Ermənistan və Azərbaycan liderləri ilə üçtərəfli formatda görüş keçirdiyini də söyləyib.
“Əsas olan bu deyil. Əsas olan görüşmək, danışmaq imkanının olmasıdır”, – deyə Putin vurğulayıb.