Putin Şoltsa bu məsələdə razılaşdı

  • By admin
  • 09 Mart 2022 22:41

Rusiya lideri Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Qeyd edilib ki, danışıqlarda əsas diqqətdə Ukraynadakı humanitar vəziyyət olub.

Liderlər siyasi-diplomatik variantı, o cümlədən Kiyevlə danışıqların 3-cü raundunun nəticələrini müzakirə edib.

Putin və Şolts müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsinə qərar veriblər.

Gununsesi.info