“Putin şükürlüdür, Olland Ərdoğanı əməllicə sancıb…” - POLİTOLOQ

  • By admin
  • 17 Aprel 2017 16:20

erdogan1

“Rusiya prezidenti Vladimir Putin Türkiyədə referendumun nəticələri ilə bağlı türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı hələ təbrik etməyib, telefon susur. Halbuki, Putin hər seçkidən sonra birincilər sırasında Ərdoğana zəng edib onu təbrik edərdi”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu dəfə isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarına cavab olaraq quruca onu deyib ki, “referendum Türkiyənin daxili işidir”.

“Yenə Putin şükürlüdür. Fransa prezidenti Fransua Olland Türkiyədəki referendumla bağlı deyib ki, “nəticələr göstərir ki, Türkiyə xalqı islahatların gələcəyi ilə bağlı bölünüb”.

Yəni, Olland Ərdoğanı təbrik etmək əvəzinə onu əməllicə sancıb“-deyə, o, sözlərinə əlavə edir.

erdo-olland

Gununsesi.info