Putin Suriya liderinə ismarış göndərib

  • By Admin2
  • 20 Mart 2025 16:03

Rusiya Prezidenti Vladimir Putin Suriya lideri Əhməd aş-Şaraaya ismarış göndərib.

Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, Putin həmin ismarışda Suriyanın suverenliyinin, müstəqilliyinin, birliyinin və ərazi bütövlüyünün təmin edilməsi maraqları naminə ölkədə vəziyyətin tezliklə sabitləşməsinə dair səyləri dəstəkləyib.

Gununsesi.info