Putin Suriyaya getdi

  • By admin
  • 11 Dekabr 2017 14:00

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib.

Gununsesi.info-nun məlumatına görə, V.Putini Hmeymim aviabazasında Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıb.

Rusiya lideri Suriya prezidenti Bəşər Əsədlə görüşəcək.

Putin bu gün Türkiyəyə də səfər edəcək.

Qeyd edək ki, Hmeymim aviabazasında Rusiya aviasiyası və hərbçiləri yerləşir.

Gununsesi.info