Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

  • By Günel
  • 10 İyun 2025 19:45

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının geniş iclasını çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin Jurnalist Fondunun “telegram” kanalı məlumat yayıb.

Görüntülərdə Putinin kompüter monitoru qarşısında oturduğunu əks etdirən kadrlar nümayiş olunur.

Ekranda videobağlantı vasitəsilə iclasda iştirak edən Təhlükəsizlik Şurasının üzvləri göstərilir.

Fotonun altında “Putin böyük Təhlükəsizlik Şurasını topladı” – cümləsi yazılıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov Təhlükəsizlik Şurasının mövzusunun ənənəvi dəyərlərlə bağlı olacağını bildirib.

Kreml nümayəndəsi, həmçinin qurumun daimi üzvlərinin operativ iclasını geniş iclasla qarışdırmamağa tövsiyə edib.

Gununsesi.info