Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı – Dağlıq Qarabağdakı sülhməramlılar…

  • By admin
  • 26 Fevral 2021 17:10

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Gununsesi.info xəbər verir ki, iclasda Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.

“Bu gün biz Dağlıq Qarabağ nizamlanması ətrafında vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyinin, sərhədçilərin necə işlədiyi və bu sahədə beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla əməkdaşlığın necə olması barədə qiymətləndirmələrinizi dinləmək istərdim”,- Putin iclasın açılışı nitqində deyib.

Gununsesi.info