Putin təyyarənin vurulmasından danışdı

Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətində raketlə vurulan İl-76 hərbi təyyarəsindən danışıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Rusiya lideri təyyarənin vurulmasında Ukrayna tərəfini günahlandırıb.

“Baxın, bizim İl-76 təyyarəmiz 65 nəfərlik hərbçilərlə birlikdə vuruldu. Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsi bilirdi ki, biz ora 65 hərbi qulluqçu aparırıq və ümumilikdə, mənim fikrimcə, 190 nəfər planlaşdırılırdı. Bunu bilə-bilə Ukrayna Silahlı Qüvvələri bu təyyarəyə hücum etdi. Bilmirəm, bunu qəsdən, yoxsa səhvən, düşüncəsizlikdən ediblər. Amma onlar bunu ediblər”, – Putin bildirib.

 

 

Gununsesi.info