Putin Təhlükəsizlik Şurasını topladı

  • By admin
  • 25 Noyabr 2022 20:42

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitinin yekunları müzakirə edilib.

Eyni zamanda G20-nin yekunları və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə İstanbulda keçirdiyi görüş barədə fikri mübadiləsi aparılıb.

Gununsesi.info