Putin Təhlükəsizlik Şurasının iclasında Ukraynadakı vəziyyəti müzakirə edir

  • By admin
  • 21 Fevral 2022 18:26

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.

Gununsesi.info-nun xəbərinə görə, Kremldə keçirilən növbədənkənar iclasda Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri iştirak edir.

Rusiya dövlət başçısının rəhbərliyi ilə keçirilən iclas Ukraynanın cənub-şərqindəki vəziyyətə həsr olunub.

Putin iclasda “Donetsk və Luqansk Xalq Respublikaları”nın rəhbərlərinin müstəqilliyinin tanınması ilə bağlı müraciətlərinin müzakirə olunacağını açıqlayıb.

 

 

Gununsesi.info