Putin-Tramp görüşü başa çatdı – 2 saat 15 dəqiqə

  • By admin
  • 07 İyul 2017 22:43

tramp-putin
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ilk rəsmi görüş başlayıb.

Axar.az xəbər verir ki, rus liderlə söhbəti böyük səbirsizliklə gözlədiyini bildirən Tramp Putinlə bir arada olmaqdan şərəf duyduğunu vurğulayıb.

Putin də Trampla tanış olduğuna məmnun olduğunu və görüşün nəticə verməsinə ümid etdiyini qeyd edib.

“Rusiya və ABŞ mövcud problemləri həll etmək istəyirsə, telefon danışıqları yetərli olmayacaq, Trampla daha çox görüş keçirməliyik”, – Putin bildirib.

Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində G20 sammiti keçirilir.

21:19

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində Donald Tramp və Vladimir Putin arasında keçirilən görüş başa çatıb.

Axar.az xəbər verir ki, danışıqlar 2 saat 15 dəqiqə davam edib.

Gununsesi.info