Rusiya prezidenti Vladimir Putin Donald Trapma ABŞ-da prezident seçkilərində qalib olmağı münasibətilə təbrik teleqramı ünvanlayıb.
Guunsesi.info-nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin teleqramda Rusiya-ABŞ arasında son zamanlar yaranmış gərginliyin aradan qaldırılacağına, eləcə də qlobal təhlükəsizlik kimi aktual məsələlərin həllində əməkdaşlıq edəcəklərinə ümid etdiyini bildirib, ona işində uğurlar arzu edib.
Gununsesi.info