Putin Trampla Lyublyanada görüşməyə hazırdır

  • By admin
  • 10 Fevral 2017 20:30

9

 

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Sloveniyanın paytaxtı Lyublyanada görüşməyə hazırdır.

GUnunsesi.info-nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, Putin Sloveniya hökumətinə bu görüşü təşkil etməyə hazır olduqlarına görə təşəkkür etdiyini bildirib.

“Biz bu görüşə hazırıq”, – deyə V. Putin Sloveniya prezidenti Borut Paxorla danışıqlardan sonra keçirdiyi mətbuat konfransı zamanı bildirib.

 

Gununsesi.info