Putin Trampla telefonla danışdı - KREMLDƏN AÇIQLAMA

  • By admin
  • 15 Noyabr 2016 09:10

putin

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı ABŞ-ın yeni liderini prezident seçilməsi münasibəti ilə təbrik edib.

Vladimir Putin Donald Trampla danışığında ABŞ-ın yeni adminstrasiyası ilə tərəfdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

İnformasiyaya əsasən, tərəflər iki ölkə arasında müansibətlərin gələcəyinə də toxunublar.

Xəbərə görə, tərəflər ABŞ-Rusiya münasibətlərinin normallaşması üzrə birgə işləməkdən də danışıblar.

Gununsesi.info