“Putinlə Trampın yaxın aylarda görüşü nəzərdə tutulur. Putinin mətbuat katibi Dmitriy Peskov bu görüşün ancaq Tramp rəsmi olaraq prezident kimi fəaliyyətə başladıqdan sonra reallaşcaq”.
Gununsesi.info “lenta”-ya istinadən xəbər verir ki, Tramp rəsmi prezident vəzifəsinə başladıqdan sonra iki liderin görüşü və onun vaxtı müzakirə ediləcək.
Görüşün formatına gəldikdə isə D. Peskov bildirib ki, görüş ciddi bir formatda təşkil olunacaq və bu görüşdə ki ölkə arasındakı münasibətlərin normallaşrıdılması istiqamətində məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, 2016-ci ilin noyabrın 14-də Putinlə Tramp arasında telefon danışığı olub və bu zaman tərəflər beynəlxalq terrorizmə qarşı mübarizədə səylərinin birləşdirilməsindən söz açıblar.
Gununsesi.info