Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyəyə qarşı turizm sahəsində tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı hökumətə tapşırıq verib. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin hökumətə, həmçinin Türkiyə ilə ticari əlaqələr də daxil olmaqla, bütün sahələrdə münasibətlərin normallaşdırılmasını tapşırıb. Qeyd edək ki, bu gün Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğanın telefon danışığında iki ölkə arasında münasibətlərin yenidən canlandırılması məsələləri müzakirə edilərək, öz müsbət həllini tapıb.
Gülnaz Qənbərli