Putin Ukrayna ilə sülh üçün şərt qoyur

Rusiya prezidenti Vladimir Putin zəbt olunmuş ərazilərə nəzarəti özündə saxlamaq şərti ilə müharibəni dayandırmağa və barışıq bağlamağa hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barəsə “Reuters” məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Putin başa düşür ki, növbəti hücum kütləvi səfərbərliyin təkrarlanmasını tələb edəcək.

Onun birinci dalğası  2022-ci ilin payızında hökumətin reytinqini aşağı salıb və yüz minlərlə Rusiya vətəndaşının xaricə qaçmasına səbəb olub.

Bildirilir ki, Putin müharibəni başa vurmağa hazırdır baxmayaraq ki, onun əsasə məqsədi Donetsk və Luqansk vilayətlərini tam ələ keçirməkdir.

“Kreml əmindir ki, işğalın nəticəsini əhaliyə qələbə kimi sata biləcək. Putin deyəcək ki, biz qalib gəldik. NATO bizə hücum etdi və suverenliyimizi qoruyub saxladıq” – deyə Reuters əlavə edir.

Fikirlərə görə Putinin heç bir güzəştə getməyə hazır olmadığı əsas şərti Rusiya ordusu tərəfindən ələ keçirilən bütün ərazilərin qorunub saxlanılmasıdır. Əgər Qərb onun təklifini rədd edərsə, Putin mübarizəni davam etdirməyə hazırdır.

Bildirilir ki, ABŞ Kiyevin iştirakı olmadan atəşkəsi müzakirə etməkdən imtina edib.

Amma o vaxtdan Qərbin köməyi olmadan Donbass və Xarkov vilayətindəki əraziləri təslim etməyə məcbur olan Ukrayna silahlı qüvvələri üçün cəbhə xəttində vəziyyət daha da mürəkkəbləşib.

Qeyd edilir ki, Putin onun ordusunun 18%-nə nəzarət etdiyi Ukraynaya doğru yavaş-yavaş irəliləyəcəyini gözləyir.

Nəticədə Kreml Ukrayna prezidenti Vladimir Zelenskinin özünün sülh təklifi ilə çıxış edəcəyinə ümid edir.

 

 

Şəbnəm

Gununsesi.info