Rusiya prezidenti Vladimir Putin Ukraynadakı uğursuzluqdan sonra Federal Təhqiqatlar Xidmətində (FTX) “təmizləmə” aparıb.
Gununsesi.info xəbər verir ki, bunu “Bellingcat” nəşrinin rəhbəri, tanınmış araşdırmaçı jurnalist Xristo Qrozev bildirib. Onun sözlərinə görə, FTX-nın 5-ci xidmətinə Ukrayna məsələsinə məsul 150 zabit olub. Artıq onların əhəmiyyətli hissəsi ya işdən çıxarılıb və ya həbs edilib.
Jurnalist iddia edir ki, FTX-nın 5-ci xidmətinin keçmiş rəisi, general-polkovnik Sergey Beseda istintaq təcridxanasına köçürülüb: “Besedanın telefonu iki həftədir söndürülüb. Onun tabeliyində olanlar arasında da genişmiqyaslı “təmizləmələr” gedir. Bu insanların taleyi maraqlıdır. Ümid edirəm ki, “Bellingcat onların aqibəti ilə bağlı daha konkret nəsə dərc edə biləcək”.
Gununsesi.info