Putin: Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı vəziyyətə mütəmadi nəzarət edirəm

  • By admin
  • 25 İyun 2023 15:36

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı vəziyyətə mütəmadi olaraq nəzarət etdiyini bildirib.

Gununsesi.info APA-ya ya istinadən xəbər verir ki, bu barədə Rusiya lideri “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində deyib.

Hərbi əməliyyatların gedişatını izləməyə nə qədər vaxt ayırması ilə bağlı jurnalistin sualına cavab verən Putin qeyd edib ki, ilk növbədə hərbi əməliyyatlara diqqət ayırır:

“Günüm bununla başlayır və bitir”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Gununsesi.info