Putin və Ərdoğan İrana başsağlığı verdi

  • By ilhame
  • 03 Yanvar 2024 19:45

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Kirman əyalətində baş verən partlayışla əlaqədar başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ərdoğan özünün sosial media hesabında paylaşım edib.

“İranın Kirman əyalətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Terror nəticəsində həlak olanlara Uca Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Dost və qardaş İran xalqına başsağlığı verirəm”, – paylaşımda deyilir.

Kremlin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin də İrana başsağlığı verib.

Qeyd edək ki, İranın Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib, hadisə nəticəsində ölənlərin sayı 103-ə çatıb. Yerli fövqəladə hallar xidməti 188 nəfərin yaralandığını bildirib. Onlardan bir çoxunun vəziyyəti ağırdır.

Gununsesi.info