Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Gununsesiaz.info RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər İdlibdə gərginliyin artmasından sonra Suriyadakı vəziyyəti müzakirə ediblər: “Vladimir Putin Fransa prezidentinə Suriyanın şimal-qərbində terrorçularla mübarizə üçün görülən tədbirlər barədə məlumat verib. Ərazidəki humanitar vəziyyətlə bağlı məsələlərə də toxunulub”.
Putin eyni zamanda yaxın vaxtlarda keçiriləcək Rusiya-Türkiyə görüşü zamanı Suriyada nizamlanmanın bütün müvafiq aspektlərinin Moskvada əsaslı şəkildə müzakirə edilməli olduğunu da qeyd edib.
Qeyd edək ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Gununsesiaz.info