Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında bu gün telefon danışığı baş tutub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər normand formatında görüşməklə bağlı razılığa gəliblər, həmçinin Ukraynada atəşkəsin dərhal əldə olunmasının vacibliyini vurğulayıblar. Rusiya və Almaniya bu konteksdə ATƏT-in xüsusi monitorinq missiyasının səylərini dəstəkləyiblər.
Putin söhbət zamanı bildirib ki, ATƏT-in məlumatlarına əsasən, Ukraynanın şərqində situasiya Kievin günahı ucbatından kəskinləşib.
Gununsesi.info