Kremlin sözcüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə “Vaqner” silahlı qruplaşmasının başçısı Yevqeni Priqojinin görüşü ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Peskov hər iki adamın üsyandan 5 gün sonra Kremilində görüşdüklərini bildirib.
Görüş zamanı Priqojin Rusiya üçün savaşmağa davam edəcəklərini söyləyib.
Peskov görüşə 35 nəfərlik “Vaqner” komandirlərinin qatıldığını və toplantının 3 saat davam etdiyini deyib.
Peskov Priqojinin bu anda harada olması haqqında bilgi verməyib.
Tərcümə: Arzu